Heydər Əliyev Sarayından Yeni il sürprizi  

16:14 22.11.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Yeni il ərəfəsi ölkənin baş səhnəsində "Moskovakaya yolka" tamaşası göstəriləcək.

Bu barədə Hafta.az-a açıqlamasında Heydər Əliyev Sarayının mətbuat katibi Aytac Bağırlı bildirdi.

O, həmçinin söylədi ki, pandemiya qaydaları ilə bağlı, Nazirlər kabineti yanında Operativ Qərargahın verdiyi qərarlara tam əməl olunur:

“Bizim ən yaxın tədbirimiz sabah Cahangir Cahangirovun 100 illiyi bağlı keçiriləcək xatirə gecəsidir. Bir sıra başqa tədbirlər barəsində isə yaxın zamanda ictimaiyyətətə məlumat veriləcəkdir”.

Qeyd edək ki, koronavirusun yayılmasının qarşısını almaq məqsədilə qoyulan qaydalarla ilə əlaqədar zalların yalnız 50 faizə qədərinin dolmasına icazə verilməsi Heydər Əliyev Sarayında təşkil olunacaq tədbirlərin bilet satışlarında qiymətlərə heç bir təsir etməyəcək.